Sağlamlıq

Azərbaycanda pulsuz dərmanla təmin edilən xəstələrin sayı açıqlandı

21 Mart 2019 09:05
Baxış: 1 921
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda Azərbaycanda 264 minə yaxın şəkərli diabet xəstəsi daim dövlət hesabına dərman və özününəzarət vasitəsilə təmin edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, "2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı" çərçivəsində 1100-dən çox xəstənin dövlət hesabına preparatlarla təminatı həyata keçirilir.

Bununla yanaşı, respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 44 mərkəzdə 3600-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman preparatları ilə təmin edilir. Bu mərkəzlərdən 34-ü bölgələrdə yerləşir.

Qeyd edək ki, Azərbaycanda bəzi deputatlar qaraciyər köçürülən insanlara transplantasiya əməliyyatından sonrakı müddətdə dərmanların pulsuz verilməsini də təklif ediblər.

Onlar bildiriblər ki, böyrək transplantasiyası həyata keçirilən xəstələrə dərmanlar əməliyyatdan sonra pulsuz verilir. Qaraciyər köçürülən insanlara isə müalicədən sonra pulsuz dərmanlar verilmir. Bununla bağlı proqram qəbul edilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.