Sağlamlıq

Yüksək təzyiqdən əziyyət çəkirsinizsə, bu meyvələri yeyin

18 Mart 2019 23:29
0 Şərh     Baxış: 3 367
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meyvələr hipertoniyanın müalicə üçün effektiv vasitələrdən biridir.

Şirin meyvələr tərkibindəki mikroelementlər sayəsində qan təzyiqini aşağı sala bilir. Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, kokos suyundan çox istifadə təzyiq xəstəliyindən əziyyət çəkənlər üçün yaxşı dərmandır.

Duzlu qidalar natriumun yüksək sıxlığı səbəbindən suyun bədəndən çıxmasının qarşısını alır. Kaliumla zəngin meyvələr isə su-duz balansını bərpa etməyə imkan verir. Kokosun tərkibi kaliumdan əlavə, manqan, maqnezium və kalsiumla da zəngindir.

Banan da təzyiqin qarşısını alan meyvələrdən biridir. Bir bananda təxminən 422 mq kalium var. Hipertoniklərin menyusunda avakado da olsa yaxşıdır.

Portağal, limon, naringi, qreypfrut da təzyiqə kömək edən meyvələrdəndir.

Həkimlər eyni zamanda təzyiq xəstəliyindən əziyyət çəkənlərə moruq, çiyələk, qarağat də yeməyi məsləhət görürlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.