Sağlamlıq

Super yarma KİNOA

18 Mart 2019 22:19
0 Şərh     Baxış: 1 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu yarmanın vətəni Cənubi Amerikadır. Kinoa dünyanın ən faydalı 20 məhsuldan biri sayılır.

Təəssüf ki, bizdə bu yarma hələ ki çox populyar deyil.

Kinoa nə ilə faydalıdır?

Kinoa asan mənimsənilən zülallarla zəngindir. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu xüsusiyyətə görə kinoanı hətta ana südü ilə müqayisə edirlər.

Kinoa qidalı liflərlə zəngindir. Bu liflər orqanizm üçün təbii təmizləyici vasitədir. Liflər həzm sistemində həll olunmur, onlar müxtəlif ziyanlı maddələri, artıq xolesterini özünə hopdurur və çölə çıxardır.

Orqanizmi artıq xolesterindən təmizləyən kinoa ürək-damar sistemi üçün çox faydalıdır. Orqanizmdə toplanaraq artıq xolesterin damarlarda yığılır, damarları tutur ki, bu da infarkt və insultun riskini artırır.

Həmçinin qidalı liflərlə zəngin olan kinoa qəbizliyin və bağırsaq xərçənginin təbii profilaktikasıdır.

Kinoa qanda şəkərin də səviyyəsini aşağı salır.

Kinoa maqneziumla xüsusilə zəngindir. Bu maddə təbii antistresdir, sinir sisteminin və ürəyin sağlamlığını qoruyur.

Kinoa sinklə də zəngindir. Bu maddə kişilərin cinsiyyət sisteminin sağlamlığı üçün ən vacib olan maddələrdən biridir.

Kinoanın tərkibində qlüten yoxdur. Bu səbəbdən qlütenə dözümsüzlüyü olan insanlar bu yarmanı rahatlıqla yeyə bilər.

Yarmanın çox yumşaq və xoş dadı var. Kinoanı ət, balıq, tərəvəzlərlə yemək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.