Sağlamlıq

Antibiotikdən sonra göbələyə qarşı dərman vacibdirmi? - Ekspert izah edir

17 Mart 2019 14:00
3 Şərh     Baxış: 1 417

Mütəxəssislər və həkimlər adətən antibiotik istifadəsinin 3-cü günündən etibarən göbələk əleyhinə preparat qəbulunu məsləhət görür. Antibiotiklər bədəndə olan zərərli mikroblarla yanaşı, insan üçün xeyirli hesab edilən mikrobları da məhv edir. Bu da xəstəlik sonrası müxtəliv narahatlıqların, göbələk kimi problemlərin yaranmasına səbəb olub. Məhz bu səbəbdən mütəxəssislər həkim məsləhəti olmadan antibiotik istifadəsini qətiyyətlə qadağan edir və bu preparation qəbulunun 3-cü günüdə göbələk əleyhinə dərman istifadəsini məsləhət görürlər.

Milli.Az bildirir ki, mövzu ilə bağlı Axar.az-a danışan pediatr Altay Abdullaoğlu bildirib ki, antibiotiklərin istifadəsi zamanı göbələk əlehinə dərmanların qəbuluna ehtiyac yoxdur:

"Çox vaxt həkimlər antibiotik qəbulu zamanı bununla yanaşı göbələk əlehinə preparatlar da təyin edilər ki, göbələk yaranmasın. Hətta bir çox insanlar bu qaydanı mütləq bilib, özbaşına bu dərmanları qəbul da edirlər. Ancaq aparılan araşdırmalar göstərir ki, göbələk əlehinə olan (antifunqal) dərmanların qəbulu göbələk yaranmamasına təsir etmir. Əksinə, göbələk əlehinə preparatlar qəbul edəndə orqanizmdə göbələk yaranırsa, bu həmin preparatlara (antifunqala) qarşı davamlılıq (rezistentlik) yaradır. Bu isə müalicəni çətinləşdirir. Nəticə olaraq demək istəyirik ki, antibiotiklərin istifadəsi zamanı göbələk əlehinə dərmanların qəbuluna ehtiyac yoxdur".

Milli.Az 

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    4 · 17 Mart 14:4300

    Kime inanasan

    Cavab yaz
  • Anonim
    Platin · 17 Mart 15:0410

    Bunu deyən pediatr gedib başın divara vursun. Elə mənim qonşum atibiotikdən sonra göbələk əleyhinə vasitə qəbul etmədi deyə neçə aydır müalicə olunur sağalmır. İllərədn bəri millət bunu bilir ki, təkcə atibiotik göbələk yaradır. Bu həkim özünü ağıllı göstərmək istəyir...

    Cavab yaz
    • Anonim
      mis · 17 Mart 16:4100

      heç olmazasa, göbəkəyə vursun, başı yazıqdır axı

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.