Sağlamlıq

Bədəndə PARAZİT olduğunu göstərən kritik siqnallar

15 Mart 2019 22:59
0 Şərh     Baxış: 2 811

Bir neçə əlamətlərə əsasən bədəndə parazitlər olduğunu müəyyənləşdirmək mümkündür.

Milli.Az xəbər verir ki, onlar əslində orqanizmdə olduğuna dair müxtəlif siqnallar verir. Eyni zamanda ciddi xəstəliklərə səbəb olan bu parazitlər yuxusuzluq və stresslə bərabər bədəndə çoxalmağa meyllidir. Bəs bədənimizdə parazit olduğunu göstərən əlamətlər nələrdir?

Parazitlər sağlam orqanizmlərə zərər verə bilir. Orqanizmdə ən çox bağırsaqlarda yerləşən parazitlər əslində bütün daxili orqanlarda ortaya çıxa bilər. Dünya Səhiyyə Təşkilatının statistikasına əsasən 3 milyarddan artıq insan parazit infeksiyasından şikayət edir. Parazitlər sağlamlığa çox zərər verərək insanın həyat keyfiyyətini aşağı salır.

Orqanizminizdə parazit olduğunu necə anlamaq olar?

Qan azlığı;

Menstruasiya problemləri, prostat problemləri, sidik yolu infeksiyaları, uşaqlıq yolu kistləri;

Yuxuda diş qıcaması, yuxu pozulması, daim yatmaq istəyi;

İştaha itkisi və ya iştahanın çox açılması;

Əzələ ağrıları, oynaq ağrıları, əllər və ayaqlarda keyimə;

Bağırsaq sindromu;

Uzun müddət davam edən ishal;

Əsəbilik, emosional pozğunluq, unutqanlıq, depressiya və buna bənzər ruh halı qüsurları;

Dəri problemləri: Ekzema, qabıqvermə;

Yorğunluq və tükənmişlik əlamətləri də orqanizmdə parazit olduğunu göstərir.

Parazitlərdən qurtulmağın ən asan yolu

Orqanizminizdə parazit olub olmadığını anlamağın ən sağlam yolu nəcis analizi verməkdir. Həkim nəzarətində aparılan analizdə parazitin hansı növ olduğu öyrənilir.

Yadda saxlayın ki, parazitlərin ən çox sevdiyi qida şəkər və şəkərli məhsullardır. Orqanizmdə parazitlərdən qurtulmağın ən asan yollarından biri lifli yeməklərə üstünlük verməkdir. (publika.az)

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.