Sağlamlıq

Körpənin doymasını necə bilmək olar?

15 Mart 2019 23:48
0 Şərh     Baxış: 980

Anaları narahat edən məsələrdən biri də körpəsinin ana südündən doyub-doymadığıdır. Xüsusilə yeni ana olan xanımlar bu durumdan narahat olur.

Milli.Az medicina.az-a istinadən körpənin ana südü ilə doyub-doymadığını anlamağın yollarını təqdim edir:  

- Əmizdirmə zamanı körpənin ana südünü kifayət qədər ala bilməsi üçün süd vəzi və çevrəsini yaxşı tutmalıdır. Əmizdirmə zamanı udqunma və süd səsinin gəlməli, çənəsinin hərəkətli olmasına diqqət edin. Sadəcə məmə ucunu tutan körpə kifayət qədər qidalanmır.

- Südün yetərli olub - olmadığını uşağın günlük bezini dəyişəndə nəcisindən analamaq olur. Bunu körpənin hər ay kilosunun artmasından da bilmək olur.

- Körpənin bezi hər gün 5-6 dəfə dəyişilirsə, bu o deməkdir ki, körpəniz yetərincə doyur. Onun gün ərzində 6-8 dəfə sidiyə çıxması da doymasından xəbər veririr.

- Körpə əmizidirmə zamanı bir neçə dəfə döşdən ayrılırsa, südü əmmək istəmirsə körpənin doyma ehtimalının yüksək olduğunu mənasına gəlir. 

Ana südü ilə qidalanan körpə 2 həftə ərzində doğulduğu kilosuna qayıdır. Yeni doğulanlar ilk aylarda gündə 25-30 qram qədər kökəlir. Əgər uşağınızda göstərici bu kilodan aşağıdırsa, bu zaman südünüz keyfiyyətli deyil. Əgər ana südü kifayət etmirsə həkim məsləhəti ilə hazır qidalardan istifadə edilməlidir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.