Sağlamlıq

Hər il 8,8 milyon insan bu səbəbdən ölür - Hamı təhlükədədir

13 Mart 2019 22:11
0 Şərh     Baxış: 1 396

Hava çirklənməsi əvvəllər düşünüldüyündən iki dəfər artıq ürək xəstəliklərindən ölüm hallarına səbəb olur. Belə bir nəticəyə almaniyalı alimlər gəlib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, araşdırma haqda məqalə "MedicalXpress" nəşrində dərc olunub.  

Tədqiqatçılar müxtəlif hava çirklənmə mənbələri ilə ölüm halları arasındakı qarşılıqlı əlaqəni modelləşdirib. Məlum olub ki, təkcə 2015-ci ildə çirklənmiş atmosfer bütün Avropada 790 min insanın ölümünə səbəb olub.

Ölüm hallarının 40-80 faizi məhz hava çirklənməsindən qaynaqlanan ürək-damar xəstəlikləri, o cümlədən, infarkt və insultun payına düşür. Maraqlıdır ki, bu tənəffüs orqanları pozuntuları respirator xəstəliklərlə əlaqəli ölüm hallarından 2 dəfə çoxdur.

Alman alimlərin hesablamalarına görə, hava çirklənməsi il ərzində dünyada 8,8 milyon nəfərin həyatına son qoyur.

Orqanizmə mənfi təsir edən əsas faktor çirklənmiş havada olan 2,5 mikron ölçülü "PM 2.5" sərt zərrəciklərdir. Onlar ürək-damar və respirator xəstəliklərin başlıca səbəbkarı sayılır. Avropada bu zərrəciyin icazə verilən illik konsentrasiyası bir kub metrə 25 mikroqram sayılır. Bu göstəricisi Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi icazə verilən miqdarı 2 dəfə üstələyir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.