Sağlamlıq

Bu tərəvəzləri bişmiş halda yeyin - Orqanizm üçün daha faydalıdır

22 Fevral 2019 21:35
0 Şərh     Baxış: 1 551
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Adətən tərəvəzlərin çiy halda yeyilməsi məsləhət görülür, çünki onlar yüksək temperatura məruz qalanda tərkibində olan vitamin və mineralların çoxunu itirir. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bəzi tərəvəzlərin bişirilmiş halda yeyilməsi məsləhətdir.

Həmin tərəvəzlər sırasında ilk yeri kələm tutur. Liflə zəngin olan kələmi bişirib yeyəndə xolesterinin səviyyəsi aşağı düşür

Digər bir faydalı tərəvəz isə ispanaqdır. Kalsium, dəmir və maqnezium mənbəyi olan ispanağı bişirib yeyəndə onun qida dəyəri üç dəfə artır.

Tərkibində beta-karotin və A vitamini olan yerkökünün də bişirilib qəbul edilməsi faydalıdır.

Göbələk də həzmi çətin olan qidalardandır. Onun bişirilməsi daha asan həzm edilməsinə səbəb olur və tərkibindəki toksinlər məhv olduğuna görə orqanizm üçün daha faydalı hala gəlir.

Adətən çiy yeyilməsi sevilən pomidorun da bişirilərək qəbul edilməsi məsləhətdir. Onu bişirəndə tərkibindəki likopenin miqdarı 30 faiz artır. Likopen xərçəngə qarşı mübarizə aparan ən güclü maddə hesab edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.