Sağlamlıq

Ürək tutması və insultun riskini 30% azaldan MÖCÜZƏLİ MƏHSUL

22 Fevral 2019 21:45
0 Şərh     Baxış: 1 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gün ərzində 1 ovuc çərəz yeyənlərdə ürək tutması və insultun riski 30% azalır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, kardioloqlar araşdırma zamanı aşkar ediblər ki, müxtəlif çərəzlərin (qoz, fındıq, badam, püstə, keşyu və s.) müntəzəm olaraq istehlakı qanda şəkəri salır, qan təzyiqini tənzimləyir, piylərin metabolizmini yaxşılaşdırır, damarlarda iltihabı azaldır, damar divarlarının vəziyyətini və fəaliyyətini yaxşılaşdırır.

Bütün bunlar isə öz növbəsində ürək tutması, insult, ani ürək ölümü kimi halların riskinin azalmasına gətirib çıxardır.

Kardioloqlar hər gün 1 ovuc müxtəlif çərəzləri yeməyi tövsiyə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.