Sağlamlıq

Kardioloqlar qozun və badamın müalicəvi əhəmiyyətə malik olmasını sübut ediblər

22 Fevral 2019 22:52
2 Şərh     Baxış: 2 394
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəmi bir ovuc qoz şəkərli diabet xəstələrinin ürəktutma və ya insult keçirməsi riskini xeyli azalda bilir. Bu, vacib kəşfdir. Axı metobolik pozuntulardan əziyyət çəkən şəxslərin ölüm səbəbləri arasında ürək-damar xəstəlikləri aparıcı yer tutur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, gündə təqribən 7 ədəd qoz və ya 24 ədəd badam yeyən diabetiklər cəmi bir həftədən sonra özlərini xeyli yaxşı hiss ediblər. Bu halda ürək-damar xəstəliklərindən ölüm və ya bu xəstəliklərin kəskinləşməsi riski, müvafiq surətdə 34 faiz və 17 faiz azalıb. Diabet aşkar edilənə qədər mütəmadi olaraq qoz yeyən adamların ürək-damar xəstəlikləri üzündən vaxtsız ölüm halları 25-27 faiz azalıb.

İşemiya xəstəliyinin kəskinləşməsi riski 11-15 faiz azalır. Bütövlükdə qoz və badam yeyən xəstələrin qanında şəkərin səviyyəsi, qan təzyiqi göstəriciləri və damarların divarcıqlarının işi xeyli yaxşılaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.