Sağlamlıq

Bu haldan özünüzü qorumasanız, beyniniz 10 il tez qocalacaq - ALİM RƏYİ

20 Fevral 2019 20:59
0 Şərh     Baxış: 2 327
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Depressiya beyinin qocalması prosesini sürətləndirir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Yel Universitetinin alimləri xəbərdar edirlər.

İlkin araşdırmalar göstərib ki, depressiyalı insanlarda beyin 10 il tez qocalmağa başlayır. Belə ki, depressiyalı pasiyentlərdə beyinin qocalması prosesi 40, digər insanlarda isə 50 yaşında başlayır.

Tədqiqatçıların fikrincə, bu araşdırmanın nəticəsi kişilərlə müqayisədə depressiyadan iki dəfə artıq əziyyət çəkən qadınlarda qocalıqla əlaqədar əqli zəifliyin inkişafının hansı səbəbdən 3 dəfə çox olmasını anlamağa kömək edir.

Cəmi 10 nəfərin iştirak etdiyi ilkin araşdırmanın gələcəkdə daha geniş şəkildə aparılması nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.