Sağlamlıq

Wi-Fi-ın bilmədiyiniz ziyanları - yorğunluq, halsızlıq, cinsi həvəsin azalması...

20 Fevral 2019 23:27
0 Şərh     Baxış: 1 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnternet insan həyatının ayrılmaz hissəsinə çevrilib.

Bir çox evlərdə Wi-Fi quraşdırılıb. Wi-Fi routerin şüalarının miqdarı az olsa da, araşdırmalar göstərib ki, bu şüaların orqanizmdə toplanması mümkündür. Alimlərin fikrinə görə, şüaların toplanması insanın əhvalına və sağlamlığına mənfi təsir edə bilər.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, alimlər Wi-Fi-dan müntəzəm olaraq istifadə edən insanlarda bu kimi pozulmaların mümkün olduğunu qeyd edirlər:

- Baş beyini

Kəllədaxili təzyiqin qalxması, trombların və digər təhlükəli patologiyaların inkişafı.

- Sinir sistemi

Apatiya, halsızlıq, yuxululuq, iş qabiliyyətinin azalması.

- Kişi sağlamlığı

Cinsi həvəsin və potensiyanın azalması, spermanın keyfiyyəninin aşağı düşməsi.

- Uşaqlar

Uşaqların inkişafda olan orqanizmi üçün bu şüalar daha ziyanlı sayılır.

- Hamilə qadınlar

Mütəxəssislər hamilə qadınlara Wi-Fi şüalarından uzaq olmağı, İnternetdən az istifadə etməyi tövsiyə edirlər.

Alimlər Wi-Fi şüalarının orqanizmə olan mənfi təsirini azaltmaq üçün Wi-Fi routeri uşaq və yataq otaqlarından uzaqda yerləşdirməyi, gecə saatlarında routeri söndürməyi tövsiyə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.