Sağlamlıq

Hamiləlik testlərindən istifadə edəndə bu səhvlərə yol verməyin - Nəticə səhv olacaq!

18 Fevral 2019 22:38
0 Şərh     Baxış: 6 078
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müasir hamiləlik testləri çox dəqiqdir. Lakin bəzi adi səhvlər nəticəyə təsir edə bilər.

1. Vaxtı keçmiş testlərdən istifadə etməyin

Hamiləlik testini alanda mütləq onun yararlıq müddətinə fikir verin. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, vaxtı keçmiş testlər düzgün olmayan nəticə verə bilər.

2. Ucuz testlər səhv nəticə verə bilər

3. Testi səhər edin

Test qanda hamiləlik markeri olan xorionik qonadotropin hormonunu təyin edir. Sidiyin konsentrasiyası yüksək olanda bu hormonun səviyyəsi də yüksək olur ki, test daha dəqiq nəticə göstərir.

4. Testin nəticələri 5 dəqiqə ərzində qiymətləndirilir

Bəzi qadınlar testin nəticəsini saatlarla "gözləyir". Bu səhvdir.

5. Bəzi dərman preparatları testin nəticəsinə təsir edə bilər

Əgər siz sidikqovucu, yuxu dərmanı, trankvilizator, allergiya əleyhinə, sonsuzluğa qarşı preparatları qəbul edirsinizsə, hamiləliyi təyin etmək üçün laboratoriyaya müraciət edin. Bu dərmanların qəbulu ev testlərinin nəticəsinə təsir edə bilər.    

6. Testi vaxtından tez etməyin

Bəzi qadınlar testi menstruasiya günündən çox əvvəl edir. Bu da səhvdir. Testi menstruasiya günü edin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.