Sağlamlıq

Yemək zamanı su içək, yoxsa içməyək? - Diyetoloqların yalanı...

15 Fevral 2019 23:43
2 Şərh     Baxış: 8 185
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeməklə su içib-içməməklə bağlı həmişə təzadlı fikirlər səsləndirilir. Bir çox dietoloqlar və sağlam qidalanma mütəxəssisləri bildirirlər ki, yemək zamanı qətiyyən su içmək olmaz. Çünki bu zaman mədə şirəsi durulur ki, bu da turşuluğunu azaldaraq həzm prosesinə pis təsir edir. 

Milli.Az medicina.az-a istinadən bildirir ki, alimlərin fikrincə, həzm prosesi mədədə deyil beyində başlayır: insan dadlı bir qida haqda düşündükdə ağız suyu ifraz olunur. Qidanı çeynəyərkən yumşalıb mədəyə düşməsi üçün  o ağız suyunun tərkibində olan fermentlərlə qarışır. Daha sonra isə prosesə mədə şirəsi qoşulur.

Qəbul edilən qidanın tamamilə həzm olunaraq maye halına - humusa çevrilməsi üçün orta hesabla 3-4 saat tələb olunur. Həmin humus mədədən bağırsağa keçərək tərkibində olan qidalı maddələri orqanizmə verir. 

Əgər qida mədədə 3-4 saat qalırsa, 300 ml su orda cəmi 10 dəqiqə qalır. Əgər insan yemək yeyərkən su içərsə, o zaman yediyi qida həzm kanalından qısa bir müddətdə keçəcək. 

Yemək zamanı içilən su mədə şirəsini durulaşdırmır və fermentləri zəiflətmir. Əksinə, onların öz işlərinin öhdəsindən gəlməsinə kömək edir. Fermetlər maye fazada işləyirlər, bu fakt həzmdən sonra qidalı maddələrin qana sovrulmasını təmin edir. 

Hətta quru yemək yesəniz belə, orqanizm lazım olan miqdarda mayeni mədəyə və bağırsağa ifraz edəcək.
 
İnsan orqanizmi mükəmməl bir sistemdir. Hətta insan bir balon su içsə belə o mədə turşuluğuna təsir edə bilməz. Əgər mədə hiss etsə ki, qidanı həzm edə bilmir, o halda əlavə olaraq ferment ifraz edir və mədə şirəsinin turşuluğunu artırır.
 
Su doğru zamanda içildikdə bədənə heç bir zərər vermir. Əksinə maye quru qidanı yumşaltmağa və daha yaxşı həzm olunmağa kömək edərək qidalı maddələrin qana sovrulmasını sürətləndirir. 
 
Yemək yeyərkən yaxşı olardı ki, qidanı tam çeynəyərək tamamilə seliklə qarışmasına şərait yaradın. Yalnız bundan sonra su içmək olar.  
Bir müsbət tərəf də var: insan yemək yeyərkən su qəbul etdikdə yeməyə fasilə verir ki, bu da doyma hissinin yaranmasını təmin edir. 

Əgər siz yeməyi su ilə deyil çayla içməyə öyrəşmisinizsə, bunun heç bir fərqi yoxdur. Maye həzm sisteminin işinə eyni dərəcədə təsir göstərir. Burda həzm sisteminin fəaliyyətinə təsir göstərəcək amil mayeni temperaturudur. O turşuluğu və həzmin sürətini artırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.