Sağlamlıq

Təzyiq aparatı olmadan təzyiqi necə ölçmək olar? - Sadə üsul

15 Fevral 2019 23:24
2 Şərh     Baxış: 12 350
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Arterizl təzyiqi ölçmək üçün tonometrdən istifadə olunur. Lakin tonometr hər zaman əl altında olmur.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu halda təzyiqin qalxmasını və ya düşməsini təyin etmək üçün sizə nəbzin ölçülməsi kömək edəcək.

Rahat oturun və ya uzanın, sakitləşin, sonra boyun və ya bilək nahiyəsində  30 saniyə ərzində nəbzinizi ölçün və alınmış göstəricini 2-yə vurun.

Nəbz 60-dan aşağıdırsa təzyiqiniz düşüb. Bu zaman nəbz yumşaq və zəif olur, arteriyanı yüngül sıxanda itir.

Nəbz 90 və bundan çoxdursa təzyiqiniz qalxıb. Nəbz sərt və gərgin olur, arteriyanı hətta güclü sıxanda itmir.

Nəticəni yoxlamaq üçün bir neçə dəqiqədən sonra nəbzinizi yenidən ölçün.

Təbii ki, bu üsulla təzyiqin qalxıb və ya düşməsini yalnız təxmin edə bilərsiniz. Nəzərə almaq lazımdır ki, bəzi istisna hallar da mümkündür. Misal üçün, güclü qanaxma zamanı təzyiq düşür, lakin nəbz əksinə sürətlənir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.