Sağlamlıq

Bu simptomlar zəif ürəyə işarə edir

15 Fevral 2019 23:30
0 Şərh     Baxış: 3 304
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çox hallarda ürək xəstəlikləri gizli inkişaf edir. Bu çox təhlükəlidir.

Bəzən hətta cavan insanlar ani ürək ölümünün qurbanı olur. Ürəyin zəifləməsinə işarə edən simptomlar bunlardır:

- Sinədə ağrılar

Ağrı qola, çiyinlərə, aşağı çənəyə də "vura" bilər. Sinədə ağrılar sizi tez-tez narahat edirsə vaxt itirmədən həkimə müraciət edin.

- Adi fiziki aktivlik zamanı təngənəfəslik

Piyada gedəndə, pilləkənlə qalxanda, adi ev işləri görəndə təngənəfəs olursunuzsa,  bu ürəyin zəifləməsinə işarə edir.

- Yuxusuzluq və yorğunluq

Özünüzü daim yorğun hiss edirsiniz, tez yorulursunuzsa, yuxusuzluq sizi narahat edirsə, gecə tez-tez oyanırsınızsa, bu ciddi ürək problemlərinə işarə edən simptomlar ola bilər.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, mütəxəssislərin müşahidələrinə görə, ürək tutması və ya infarktdan 1 həftə əvvəl onların pasiyentləri güclü yorğunluq hiss edirdi və bu yorğunluq hətta dincələndən sonra azalmırdı.

-  Soyuq tər

Bu simptom də ürək fəaliyyətinin zəifləməsinə işarə edir.

- Ayaqların şişməsi

Ürəyin fəaliyyəti zəifləyəndə qan dövranı pozulur və bu da şişkinliyə gətirib çıxardır.

- Başgicəllənməsi və ürək döyünməsinin artması

- Keçməyə öskürək

Ürəyin fəaliyyəti pozusolgun deri, landa maye agciyərdə yığılmağa başlayır ki, nəticədə üzücü, heç bir müalicəyə tabe olmayan öskürək inkişaf edir.

- Solğun dəri

Dərinizin rəngi dəyişilib və solğunlaşıbsa, bu ürək problemlərinə işarədir.

Əgər sizdə bu simptomlardan bir neçəsi varsa, mütləq həkimə müraciət edin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.