Sağlamlıq

Fiziki aktivliyin ürək-damar sisteminə FAYDALARI

15 Fevral 2019 23:09
0 Şərh     Baxış: 1 363
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müntəzəm idmanla məşğul olmağın orqanizmə faydasını hamı bilir.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, idmanla məşğul olmaq insanı daha gümrah edir, kalorini azaldır, müəyyən funksiyaları yaxşılaşdırır.

Amma məlum olub ki, məşqlərin müsbət effektləri təkcə bu deyil. Müntəzəm olaraq idmanla məşğul olmaq eyni zamanda bədəni cavanlaşdırır. Bu yaxınlarda alimlər maraqlı təcrübə həyata keçiriblər.

Alimlər 75 yaşlı bir qrup insan üzərində təcrübə aparıblar. Onlardan bəziləri 10 illərdir ki, müntəzəm idmanla məşğul olurlar. Bu idmana qaçış, velosiped sürmək və digər idman növləri aiddir. Orta hesabla onların aktivliyi həftədə 7 saat təşkil edib. İkinci qrupa daxil olanların isə idman aktivliyi daha az olub. Onlar zaman-zaman piyada gəziblər və qolf oynayıblar. Bundan başqa təcrübədə həftədə 7 saat idmana vaxt ayıran 25 yaşlı gənclərdən ibarət qrup da iştirak edib.

Mütəxəssisləri əzələ və ürək-damar sisteminin vəziyyəti maraqlandırıb. Təcrübə üçün onlar əzələ toxumasından nümunə götürüblər. Bundan başqa təcrübə zamanı alimlər idmanın ilk dəqiqələrində oksigen sərfiyyatını da dəyərləndiriblər.
Alimlər müəyyən ediblər ki, məşq edən 75 yaşlı insanların ürək-damar sistemi 45 yaşlı insanın ürək-damar sistemi ilə eynidir. Skelet əzələsinə gəldikdə isə, praktiki olaraq 25 yaşlı insanın skelet əzələsi kimidir.

Yaş artdıqca insanda oksigen sərfiyyatı qabiliyyəti azalır. Bu proses 30 yaşdan sonra başlayır. Hər 10 ildən bir oksigen sərfiyyatı 10% azalır. Məhz bu səbəbdən yaşlı insanlarda aktivlik və sürətli addımlama zamanı nəfəsalma problemi yaranır.

Alimlərin qənaətinə əsasən, ahıl yaşda formada qalmaq üçün hər gün 40 dəqiqə piyada gəzmək kifayət edir. Əgər buraya hovuzda üzmək, qaçış və trenajor zalını əlavə etsəniz, daha yaxşı olar. Əslində bu aktivliyə daha erkən, 20-25 yaşda başlamaq məsləhət görülür. Belə olduğu halda ürək-damar sistemini və əzələni yaxşı saxlamaq imkanı əldə edərsiniz.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.