Sağlamlıq

Evimizdəki pis ab-havanı, stressi necə qovaq? - Sadəcə duz və sirkə lazımdı

13 Fevral 2019 23:21
1 Şərh     Baxış: 47 536
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kimi buna "bədnəzər" deyir, kimi də "mənfi enerji". Nə cür adlandırılmağından asılı olmayaraq, evdə olan mənfi auranı aradan qaldırmaq sağlamlığı yalnız fəydalı ola bilər. 

Son zamanlar evin enerjisini təmizləmə üsulları çox populyardır. 

Evdə olan stressli və aqressiv ab-havanı aradan qaldırmağın bir sıra yolları mövcuddur. 

Milli.Az medicina.az-a istinadən onlardan ən etribarlısını təqdim edir. 

Duz və sirkə qarışığı 

Özünüzü yorğun, küsəyən və bədbəxt hiss etməyə başladığınız an ətrafınızda yığılan bu neqativ enerjini yaşadığınız məkandan çıxarmaq çox asandır. Duz və sirkə qarışımı evinizdəki gərginliyi, yuxusuzluğu və narahatlığı aradan qaldıracaq.

Bu qarışım vasitəsilə evinizə yenidən rahatlıq gətirə və yaşama keyfiyyətinizi artıra bilərsiniz.  

Tələb olunanlar: 
 
- 1 stəkan su 

- 1 desert qaşığı dəniz duzu 

- 1 çay qaşığı sirkə 

Hazırlanması: 

-Stəkanın 3/1 hissəsinə duz əlavə edin.
 
-Daha sonra stəkanının yarısına qədər su əlavə edin. 

-Digər qalan yarısına da sirkə əlavə edin.

-Bu qarışımı evinizdə görünməyən bir yerə qoyun və heç toxunmadan bir gün saxlayın. 

24 saat sonra qaba baxın. Əgər qabdakı qarışım əvvəlki vəziyyətdə dəyişmədən qalıbsa deməli sizin evinizdə mənfi enerji yoxdur. Yox əgər qabda hava qabarcırları yaranıbsa və ya görünüşü dəyişibsə bu yaşadığınız evin neqariv enerjiyə malik olmasından xəbər verir.

Bu zaman etməli olduğunuz iş qarışımı hər gün evdən kənar bir yerə boşaldaraq yenidən hazırlayıb qoymaq lazımdır. Bunu qarışımın görünüşü dəyişməyənə kimi etmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.