Sağlamlıq

İnsult 1 ay öncədən gələcəyini belə xəbər verir - Bədənin 5 siqnalı

13 Fevral 2019 22:38
6 Şərh     Baxış: 15 807

Beyin qan dövranı pozulmasının ağır patologiyası olan insult 2 cür olur: işemik - hemorragik. İşemik insult daha geniş yayılıb və beyindəki arteriyaların bloklanması nəticəsində baş verir.

Dünyada insan ölümünə səbəb olan birinci yerdə olan insult beynin lazımi qədər qan və oksigen almaması ilə başlayır.

Tibb və elm insultun qəfildən gəlib, insanı hazırlıqsız yaxalaması barədə məlumat verir. 

Lakin xəstənin anamnezi, bir çox araşdırmalar göstərdi ki, insult heç də qəfildən gəlmir, ən azı 1 ay, 2 həftə öncədən bəzi simptomlarla, bədəndə dəyişikliklərlə özünü göstərir. 

Milli.Az medicina.az-a istinadən insultun xəbərdaredici simptomlarını təqdim edir. Xüsusən şəkərli diabet, yüksək təzyiqi olanlar bunlara diqqətli olsunlar.

1.Əvvəlkindən daha çox yuxululuq, apatiya
2.Qəfi, səbəbsiz yorğunluq
3.Bədən hərarətinin enub -qalxması
4.Başgicəllənmələr, miqrenəbənzər tutmaların artması

5.Təzyiqin qəfil qalxıb-enməsi
6.Nİtqdə bəzi dəyişikliklər, sözlərin tələffüzündə qəribəlik, nitqin ləng olması
7.Dadbilmə, qoxubilmənin itməsi
8.Dəridə, əl-ayaqda uyuşmalar
9.Dəridə hissiyatın pozulması

10.Səslərə qarşı həssaslıq
11.Görmədə ikilik
12.Yaddaşın pozulması, adların xatırlana bilməməsi, əşyaların yerini unutmaq, insanları tanımamaq
13.Yerişdə dəyişiklik, tez-tez səngirləmək

Əgər özünüzdə bu simptomlardan azı 5-7-si varsa, təcili nevroloqa müraciət edib, baş-beyni yoxladın.

Milli.Az

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    aaaaaaaa · 13 Fevral 23:36110

    7 yoz duz 8zini saydim ozumde :) Cavan adamam hem de. Mence bu kimi weylerle insanin ozu ozune diaqnoz qoymasi duzgun deyil. Internet ele bir weydir ki, ne xestelik axtarsan istenilen birinin elametini ozunde tapacaqsan :) Yaxwisi 6 aydan bir checkup muayineden kechmekdir.

    Cavab yaz
    • Anonim
      Riko · 14 Fevral 00:1660

      Məndə sizin kimi həyəcan keçirtdime dedim vay vay noldu cavan adamam insultmu keçirəcəm,düz deyirsiz internetnən sağlamlığı,xəsdəliyi yoxlamaq düzgün deyil.

      Cavab yaz
  • Anonim
    Tovuzum · 14 Fevral 09:5290

    Bu əlamətlərin hamsı məndə var amma pulum yoxdu həkimə getməyə

    Cavab yaz
    • Anonim
      Əcəl · 14 Fevral 14:2802

      Onda yaz vesiyyetini,menim kimi.

      Cavab yaz
  • Anonim
    Tovuzum · 14 Fevral 16:0921

    əcələ-düz deyirsən amma vəsiyyət nə yazım pul yox yerini deyəm qızıl yox bir can o da allaha pənah deyib hər günə bir ümid edirəm

    Cavab yaz
  • Anonim
    Nuray · 14 Fevral 21:0310

    Gerek orqanizmde ani bir deyişiklik hiss edende vaxtinda üstüne düşəsen mənde 3 4 ay bedenimde deyişiklik hiss edirdim tez tez susuzluyurdum ,böyreklərim pis gündeydi,görme problemi yaşandi,heddinden artiq ariqlamişdim.ilk vaxtlar düsündümki stressnən əlaqeli bir şeydir sonra herkes gördükü vezyetim pisleşir ölü kimiydim həkiçə getdim yüksek şəkər çıxdı.mənə qeyri adi geldi 25 yaşında şəkəre yoluxmaq.amma artiq müalicelerden sonra yaxsiyam ona görə də ne olur olsun sağlamliğı düsünmek lazimdir ve stressden uzaq durmaq.insanin başına ne gelirse esebden gelir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.