Sağlamlıq

İmmuniteti möhkəmləndirən 3 ən yaxşı məhsul

11 Fevral 2019 23:02
1 Şərh     Baxış: 3 487

Payız-qış fəsillərində soyuqdəymə xəstəliklərinin sayı kəskin artır. Bu xəstəliklərdən qorunmağın ən yaxşı üsulu immuniteti daim yüksək səviyyədə saxlamaqdır.

Mütəxəssislərin fikrinə görə, bu işdə bəzi qida məhsulları kömək edə bilər.

Milli.Az saglamolun.az-a istinadən 3 belə məhsulu təqdim edir:

1. Toyuq bulyonu

Kollaqen, minerallar və aminturşuları ilə zəngin olan toyuq bulyonunu "təbii antibiotik" adlandırırlar. Bulyon immun sistemini aktivləşdirərək virus və soyuqdəymə xəstəliklərinin riskini azaldır. Təbii ki, söhbət "kənd" toyuğundan bişirilmiş bulyondan gedir.

Bulyonun tərkibində olan "sistein" adlı amin turşusu nəfəs yolları xəstəlikləri zamanı çox yaxşı kömək edir - bəlğəmin çıxmasını asanlaşdırır, nəfəsalmanı yüngülləşdirir, sağalmanı tezləşdirir.

2. Süd məhsulları (qatıq, kəsmik, kefir, təbii yoqurt)

Süd məhsulları bağırsaqların mikroflorasını yaxşılaşdırır. Bağırsaq mikroflorası immun sisteminin normal fəaliyyəti üçün ən vacib şərtlərindən biridir. Bu səbəbdən mütəxəssislər qripp və soyuqdəymə fəsillərində qidalanmada süd məhsullarının miqdarını artırmağı tövsiyə edir.

3. Yağlı balıq

Balığın tərkibində olan faydalı maddələr orqanizmdə iltihabı azaldır, iltihabın yayılmasının qarşısını alır, immuniteti aktivləşdirir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Samire · 11 Fevral 23:1600

    Apelsin,birde alma, kök soku, bilirsiniz ümumitedi nece güclendirir.Heç olmasa hefdede 2-3 defe hazırlayıb için.Özüvüzde yaxşı menada deyişme göreceksiniz...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.