Sağlamlıq

Xərçəng niyə sürətlə artır? - Türkiyəli onkoloq dəhşətə gələcəyiniz FAKTLARI AÇDI

10 Fevral 2019 23:45
8 Şərh     Baxış: 17 854

Əsrimizin vəbası olan xərçəng xəstəliyi son illərdə o qədər can alıb ki, istər-istəməz hər kəsin içinə şübhə və qorxu toxumları səpib. Bəs hər kəsi qorxuya salan bu xəstəliyin yaranma risklərini minimuma endirmək üçün nə etməliyik? Nə kimi tədbirlər görməliyik? Xərçəng xəstəliyini qidalandıran amillər hansılardır?

Milli.Az xəbər verir ki, məşhur onkoloq Yavuz Dizdar bu və digər suallara cavab verib. Onkologiya üzrə mütəxəssis Yavuz Dizdar bildirib ki, xərçəng xəstələrinin sayı hər il daha da artır:

"Son 15 illə müqayisədə xərçəng xəstələrinin sayı 3-4 dəfə artıb. Xərçənglə yanaşı adını bilmədiyimiz bir çox xəstəlik ortaya çıxıb. Autizm, revmatizm, alzheymer, habelə irritabl bağırsaq (qıcıqlanmış bağırsaq sindromu) kimi xəstəliklər geniş yayılıb. Bu durum problemin sistematik olduğunu göstərir. Yəni bu, sizin gündəlik vərdişlərinizin də önünə keçir.

Bir gün "Qatıq niyə xarab olmur?" başlıqlı bir xəbər oxudum. Çoxlu qatıq yeyən biri olaraq bu məsələni araşdırmağa qərar verdim. Apardığım tədqiqatlar nəticəsində məlum oldu ki, südün, ətin və qatığın tərkibi xeyli dəyişib. Bu mövzu ilə əlaqədar olaraq danışa bilməyəcəyim faktlar ortaya çıxdı. Bu qədər sistemli təsir varkən xəstəliklərin artmamasını gözləmək absurd olardı. Artıq istehsal olunan quşların toyuq növü ilə heç bir bir əlaqəsi qalmayıb. Toyuqlar 40 gün ərzində böyüyür. Əgər o toyuğu 40 gündən sonra kəsməsəniz, 60-70 gün ərzində ölür.

Badımcan və bibər kimi tərəvəzləri paketləmək asan olsun deyə kənd təsərrüfatı dərmanları ilə zəhərləyirlər. Xərçəng xəstəliyinin bu səviyyədə artmasının səbəbini istehsal olunan məhsulların korlanmış tərkibindən savayı başqa nə iləsə izah edə bilmirəm. Südün heç bir faydası qalmayıb. Heyvanın bakteriya sintez sürəti kimyəvi maddələrlə artırılır. Heyvanın südünü artırmaq üçün insulinə bənzər hormonlar verilir. Bu şəkildə süd 60 litrə qədər artırılır. Heyvanlara verilən bütün kimyəvi maddələr birbaşa südlərin tərkibinə keçir. Qutuda satılan südlərin heç bir faydası qalmayıb. Çünki südün termodinamika strukturu dəyişib".

Daha sonra onkoloq orqanizmin faydalı mədə-bağırsaq bakteriyalarına ehtiyacı olduğunu dilə gətirib. Mütəxəssis onu da əlavə edib ki, vegetarianlar və veqan qidalanmasına üstünlük verənlər sağlam və düzgün qidalanmazsa, bu, ciddi fəsadlara gətirib çıxara bilər:

"Südə ehtiyacımız yoxdur. Südün tərkibindəki kalsiumu yediyimiz hər şeydən ala bilərik. Kalsiumu bir neçə tərəvəzdən də almaq mümkündür. Vegetarianlıq çox mürəkkəb qidalanma növüdür. Onlar düzgün qidalanmazsa, bu, beyinlə bağlı bir çox problemlərə yol aça bilər. Keyfiyyətli pendir, qatıq və soğan yesələr, problem yaşamazlar".

"Meyvələrdəki şəkər xərçəngə səbəb ola bilərmi" sualına isə Yavuz Dizdar belə cavab verib:

"Araşdırma zamanı bir portağalın tərkibində 20 növ kənd təsərrüfatı dərmanı olduğu məlum olub. Odur ki, meyvələrdəki şəkər əkinçilik dərmanlarının yanında çox məsumdur". (publika.az)

Milli.Az

loading...

Şərh yaz:

8 Şərh:

  • Anonim
    L · 11 Fevral 00:08120

    Bir cumle deyecem;,Allah belanizi versij

    Cavab yaz
  • Anonim
    maqa sarkazm · 11 Fevral 00:39190

    Allah sionistlerin belasini versin

    Cavab yaz
  • Anonim
    Konul · 11 Fevral 08:24110

    Her shey dolu amma yemeye hec ne tapmirsan süni her shey bundan pul qazananlara lenet olsun

    Cavab yaz
  • Anonim
    ****** · 11 Fevral 09:52110

    NİYƏ XƏRCƏNG ARTIR CÜNKİ QİDALARIMIZ TƏDRİCƏN ZƏHƏRƏ CEVRİLİR.SOVET HÖKÜMƏTİ VAXTI BU XƏSTƏLİK NADİR HALLARDA OLURDU İNDİ İSƏ SAYI YOXDUR.YENƏ DEYİRƏM QİDA CÜNKİ NƏZARƏT QİDALARIN TƏRKİBİNƏ YOXDUR.

    Cavab yaz
    • Anonim
      Rauf · 11 Fevral 11:03150

      1985-ci ildə ölkədə (yəni SSRİ-də) ərzaq qıtlığı yarananda belə (hətta ərzaq proqramı da qəbul olunmuşdu) bu üsullara əl atılmamışdı.Böyük bir rayonda bir dənə aptek var idi,ora ancaq qemotagen almağa gedirdik, nə vaxt da getsəydin bom-boş idi.İndi az qala hər rayonda 15-20 aptek var, hamsında da növbə.

      Cavab yaz
      • Anonim
        Qoca person · 11 Fevral 12:3044

        Ele o illerin neticesidir de,indiki xestelikler, qeyri-kafi amino asit, yag, karbohidrat,vitamin,mineral,qirmizi qan hucreleri. Vaxtinda lazimi qidalari almayib,bu gun kefiyyetsiz nesil yetisdirmisik.

        Cavab yaz
  • Anonim
    Greg · 11 Fevral 12:1340

    Allah millətimizi qorusun!

    Cavab yaz
  • Anonim
    İzzət · 11 Fevral 14:4020

    İnsanın həkimi insandırsa nəetsək 70-80 hamı gedəcək

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.