Sağlamlıq

Ağzınızdan pis qoxu gəlir? - O zaman bunları edin

30 Yanvar 2019 23:33
0 Şərh     Baxış: 4 322

Əgər səhərlər ağzınızdan pis iy gəlirsə və bunun qarşısını heç cür ala bilmirsinizsə deməli yalnız dişləri fırçalamaq kifayət deyil.  

Milli.Az medicina.az-a istinadən ən pis ağız qoxusunu belə aradan qaldıracaq 6 üsulu təqdim edir: 

1) Hər səhər qarqara edin

Soda ən yaxşı qarqara vasitəsidir. 1 stəkan suya 1 desert qaşığı soda tökərək qarışdırın. Əmələ gələn məhlulla 3 dəqiqə boyunca qarqara edin. Daha sonra dişlərinizi fırçalayın, ardınca bir nanə yarpağı və ya bir ədəd mixək çeynəyin. 

2) Gündə ən az 2 litr su için 

Orqanizmin sağlam olması üçün su çox vacibdir.  Ağızda nəmin kifayət qədər olmaması pis qoxunun səbəbi ola bilər. Bunun qarşısını almaq üçün gündə ən az 8 stəkan su içməlisiniz. Su içdiyiniz təqdirdə, ağızda çoxalan bakteriyaların qarşısı alınmış olur. 

3) Dilinizi fırçalayın 

Dişləri fırçalamaq kifayət deyil. Bunun üçün də hər dəfə dişləri fırçalayan zaman dili də fırçalamaq lazımdır. Bu gərəksiz kimi görünsə də nəfəsin fərahlığı üçün çox vacibdir. Dil üzərində yığılan bakteriyaları fırçanın köməyi ilə təmizləyin. Ardınca sodalı su ilə qarqara edin. 

4) Diş ipindən istifadə edin

Dişinizi fırçaladığınız halda yenə də nəfəsinizdə qoxu qalıbsa bunun səbəbi dişlərin arasında yığılan yemək qalıqları ola bilər. Diş fırçası dişlərin arasına girə bilmədiyi üçün, diş ipindən istifadə edilməlidir. 

5) Siqaret çəkməyin

Siqaret çəkmək nəfəsdən pis qoxunun gəlməsinə səbəb olur. 

6) Meyvə qabığı çeynəyin

Limon və portağal qabığı nəfəsi təravətləndirmək üçün yaxşı vasitədir. Bundan əlavə bu qabıqlar dişlərin çürüməsinin də qarşısını alır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.