Sağlamlıq

Ziyil və onun ötürülmə yolları

23 Yanvar 2019 23:22
0 Şərh     Baxış: 2 087
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ziyil hər yaşda təsadüf edilə bilən virus dermatozuna aid xəstəlikdir. Virusun xəstə şəxsdən sağlam insana ötürülməsi üçün üç əsas şərt mövcuddur. Birinci şərt xəstədə virusun yoluxuculuq xüsusiyyətinin yüksək olmasıdır. İkincisi, sağlam insanın immun sisteminin zəifliyi onun yoluxmasına zəmin yaradır. Sonuncu səbəb isə dəri və selikli qişanın zədələnməsidir. Bu şərtlərdən hər hansı biri olmazsa, xəstəlik ötürülə bilməz.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Tibb Universitetinin dermotovenerologiya kafedrasının dosenti, həkim-dermatoveneroloq Elşad Novruzov məlumat verib.

Mütəxəssis bildirib ki, ziyilin müalicəsində onun yerləşməsindən, ölçüsündən asılı olaraq krioterapiya, koter və lazer terapiyadan istifadə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.