Sağlamlıq

O bizi xərçəngə aparır! - 1,2 milyon qadının analizləri və təhlükəli nəticə

23 Yanvar 2019 23:51
0 Şərh     Baxış: 3 323
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər gün 25-30 qr ət yeyən insanda gün ərzində bu məhsullardan 5 qr istifadə edənlərlə müqayisədə süd vəzi xərçəngi riski 9% artmış olur. Alimlər bu fikrə 1,2 milyon qadın üzərində apardıqları araşdırmanın nəticələrini analiz edərək gəliblər. 

Milli.Az medicina.az-a istinadən bildirir ki, şişin yaranma səbəbi emal olunmuş ətin tərkibində natrium nitrit (Е250) maddəsinin olmasıdır. Bu komponent  kolbasa, sosis, vetçina, turşular, hot-doq, konserv və ət souslarının tərkibində çox rast gəlinir. 

Bu maddə ət məmulatlarının tərkibinə dadını artırmaq və saxlanma müddətini uzatmaq üçün vurulur. 

Daha əvvəllər gün ərzində 50 qr işlənmiş ət məhsulu istifadə etməyin bağırsaq xərçəngini 18%-dək artırdığı məlum olub. Ekspertlər həmçinin bu zaman mədəaltı vəzin və prostat xərçənginin yaranma riskinin artdığını da bildirirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.