Sağlamlıq

Yaşıllıqlar insanın ömrünü uzadır

23 Yanvar 2019 23:36
0 Şərh     Baxış: 1 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-dakı Dyuk Universitetinin və Çindəki Hersoq Kunşan Universitetinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, yaşıllıqlar insanın ömrünü uzada bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 14 il ərzində aparılmış müşahidələr yaşı 80 və daha çox olan 23.754 nəfər aid məlumatları əhatə edir. Tədqiqat iştirakçılarının 79,5 faizi kənd yerlərinin sakinləri olub.

Məlum olub ki, evdən 250 metr radiusda yaşıllıqların yüksək dərəcədə cəmləşdiyi regionlarda yaşayan ahıl adamlar arasında ölüm göstəricisi yaşıllıqların ən az olduğu zonalarda yaşayanlarla müqayisədə 27 faiz aşağıdır.

Barselonada 253 məktəblinin iştirakı ilə aparılmış tədqiqat göstərib ki, yaşıllıqlar uşağın beyninin inkişafına kömək edir. Yaşıllıqlar sayəsində uşaqların diqqəti və işçi yaddaşı da yaxşılaşır.

İbtidai məktəb şagirdlərinin maqnit-rezonans tomoqrafiyası, habelə onların diqqətinin və işçi yaddaşının kompüter vasitəsilə testləşdirilməsi nəticəsində müəyyən edilib ki, yaşıllıqların əhatəsində yerləşən evlərdə yaşayan uşaqların beynində ağ və boz maddənin daha çox olması sayəsində bu uşaqların işçi yaddaşı yaxşılaşır, diqqətsizlik səviyyəsi azalır.

Mütəxəssislərin sözlərinə görə, yaşıllıqlar insanın psixikasına da müsbət təsir göstərir. Yaşıllıqların bol olduğu rayonlarda havanın çirklənmə səviyyəsinin və səs-küyün başqa yerlərlə müqayisədə aşağı olması uşaqların beyninə müsbət təsir göstərir, kreativliyin və tədqiqat fəaliyyətinin inkişafına stimul yaradır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.