Sağlamlıq

Alimlər piylənmənin səbəblərindən birini tapdılar

21 Yanvar 2019 23:13
1 Şərh     Baxış: 3 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kembric universitetinin alimləri və ABŞ-ın Los- Anceles şəhərindəki uşaq xəstəxanasının mütəxəssisləri yeni tədqiqatın nəticələrini açıqlayıblar.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, alimlərin yeni tədqiqatının nəticələri "MedicalXpress"də dərc edilib. Məlum olub ki, semaforin zülal molekulları çəki artımına səbəb olur.

"Biz bilirik ki, beyinin hipotalamus hissəsi qida qəbulu  və qanda şəkərin miqdarının nizamlanmasında çox vacib rol oynayır. Bu zülal isə sözügedən hissədə olur", - deyə Sebastyen Bure deyib.

Tədqiqat zamanı Sofi Krozye siçanlar üzərində təcrübə aparıb. Alim siçanların semaforin siqnallarını dayandırıb. Bundan sonra isə beyin hüceyrələri lazım olduğu kimi inkişafdan dayanıblar. Nəticədə isə bu, çəkinin artmasına səbəb olub.

Semaforinin hipotalamik zəncir halqası yaratdığı görünür. Bu isə nəticə olaraq kalori qəbulunu nizamlayır.

Kembric universitetinin professoru Saad Faruki öz növbəsində piylənmədən əziyyət çəkən insanların məlumatlarını incələyib. Məlum olub ki, uşaq yaşlarından ağır çəkidən əziyyət çəkən insanların genlərində mutasiya baş verib. Bu isə semaforinin ötürülməsi ilə bağlıdır.

Beləcə, semaforinin çəkini nizamlayan prosesə birbaşa təsir etdiyi üzə çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.