Sağlamlıq

Bir həftə hər gün pomidor yesəniz, MÖCÜZƏNİN ŞAHİDİ OLACAQSINIZ - FOTO

19 Yanvar 2019 18:24
1 Şərh     Baxış: 4 130
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir həftə ərzində hər gün pomidor yesəniz bədəninizdə hansı dəyişikliklərin olacağından xəbərdarsınızmı?

Milli.Az Publika-ya istinadən xəbər verir ki, güclü antioksidant olan pomidorun tərkibində kifayət qədər A, C, K və B6 vitaminləri var.

Buna görə də mütəmadi şəkildə istifadə olunsa, bədəni ehtiyacı olan tiamin, maqnezium, kalium, mis, fosfor və fol turşusu il təmin edir.

Təzyiqi normallaşdırır

Tərkibindəki kalium sayəsində qan təzyiqini normallaşdırır. Qandakı zərərli triqliseritin səviyyəsini aşağı salır və yüksək təzyiq riskini azaldır.

Həzmi asanlaşdırır

Lif tərkibi sayəsində həzmi qaydasına salan pomidor həzmə kömək edən əzələlərin rahat hərəkət etməsini təmin edir. Eyni zamanda, qaz yaranması, sidik yolu infeksiyası və bağırsaq xəstəliklərinə qarşı güclü antioksidant vəzifəsini daşıyır.

Dəri sağlamlığı

Dəridə əmələ gələn narahatlıqları aradan qaldırır. Yaşlanmağı gecikdirir və günəş ləkələrinin azalmasında rol oynayır.

Göz sağlamlığı

Tərkibindəki A vitamini sayəsində gözdə sarı nöqtə xəstəliyi kimi narahatlıqların yaranma riskini azaldır.

Siqaretin düşməni

Siqaretin zərərli tüstüsünə məruz qalan insanlarda kanserojen təsiri olan nitrosamin hüceyrələri yaranır. Yüksək miqdarda antioksidant sayəsində pomidor bu hüceyrələrin yaranma riskini azaldır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.