Sağlamlıq

Diqqət! Bu ərzaqlar soyuducuya qoyulduqda zəhərə çevrilir

16 Yanvar 2019 23:57
3 Şərh     Baxış: 7 473
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çox ərzaqları soyuducuya qoyduqda xəstəliyə səbəb ola biləcəyini bilirsinizmi? Bəs bu ərzaqlar hansılardır? Onlarla tanış olduğunuzda çox təəccüblənəcəksiniz. 

Milli.Az medicina.az-a istinadən həmin ərzaqların siyahısını təqdim edir: 

Şirniyyat

Bal, mürəbbə və şokolad kimi şirin qidalar soyuducuda qaldıqda təbii keyfiyyətlərini itirirlər. Həmçinin bal və mürəbbənin axıcılığı da pozulur. 

Qəhvə 

Soyuducunun soyuq və nəmli havası qəhvənin həm ləzzətini, həm də görünüşünü korlayır. 

Kartof 

Soruculuğu yüksək olan kartofun dadı yerləşdiyi yerin havasından asılı olaraq dəyişir. Soyuducuda bir gündən artıq qalan kartofun görünüşü dəyişməsə də, tamı və keyfiyyəti dəyişir. Bu cür kartof bağırsaq xəstəliklərinin yaranmasına səbəb ola bilər. 

Sarımsaq 

Antiseptik xüsusiyyətə malik olan sarımsaq sadəcə 2 gün soyuducuda qaldıqda bakteriyaların çoxalması üçün əlverişli mühitə çevrilir. 

Pomidor

İllərdir ki, hər kəsin yalnış bildiyi bilgilərdən biri də pomidorun soyuducuda saxlanması fikridir. Əslində isə pomidor soyuducuya qoyulduqda soyuq havanın təsiri ilə daha tez xarab olur. Qabığı qırışan pomidorda bakteriyalar çoxalır və istifadə edilərkən bir sıra həzm xəstəlikləri meydana gətirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.