Sağlamlıq

Öskürəyə qarşı ən yaxşı vasitə

10 Fevral 2019 19:10
1 Şərh     Baxış: 3 870
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Halla universitetinin mütəxəssisləri bir sıra araşdırmalardan sonra nəticələri açıqlayıblar.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, alimlərin tədqiqatının nəticələrinə əsasən, qara şokolad öskürəkdən qurtulmağa kömək edir. Həm də soyuqdəyməyə qarşı ən yaxşı vasitədir.

Alimlərin fikrinə görə, şokolad qısa müddət ərzində boğazın selikli qişasını tutur və qıcıqlanmanı azaldır. Bundan başqa kakaonun tərkibində teobromin maddəsi var. Bu maddə orqanizmin seliyə olan tələbatını azaldır.

Alimlər təcrübə zamanı 160 könüllüyə müraciət ediblər. Könüllülər soyuqdəymə simptomu ilə gəliblər və dərman əvəzinə qara şokolad yeyiblər. Bir neçə gün sonra isə pasientlər özlərini yaxşı hiss etdiklərini bildiriblər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.