Sağlamlıq

Ən ucuz mazla möcüzələr yaradın

13 Yanvar 2019 19:25
1 Şərh     Baxış: 4 301

Hər bir qadın gözəlliyinin qeydinə qalmalıdır. Amma bu o demək deyil ki, bahalı vasitələrə ovuc-ovuc pul xərcləməlisiniz. Adicə "ulduz" mazı ilə nə qədər işlər görmək mümkündür, heç bilirsiniz?

Milli.Az Publika-ya istinadən xəbər verir ki, apteklərdə ucuz qiymətə satılan "Zvyozdoçka" mazı bir çox hallarda köməyinizə çata bilər.

Məsələn dabanınızdakı qabarları sağaldıb uşaq dərisi kimi yumşaq edir. Dəhşətli baş ağrılarında alnınıza sürtsəniz tez bir zamanda faydasını görərsiniz.

Ev heyvanlarınızın təbii ehtiyaclarını ödədikləri yerlərə bu mazı sürtün. Bununla evinizin təmizliyinə nail olun. 

Bu balaca maz həmçinin milçək və ağcaqanadlardan qorunmaq üçün əla vasitədir. O həmçinin dırnaqlardakı göbələyi də sağaldır. Ulduz mazını yaranıza sürtsəniz, infeksiya və mikroblar da tez zamanda məhv olacaq. Əzələ və bel ağrılarını da sakitləşdirəcək. Dartılmış dərinizin üzərinə də mütəmadi sürtə bilərsiniz.

Milli.Az 

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Bakili · 14 Yanvar 01:2121

    Veytnam mazi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.