Sağlamlıq

Məşhur professordan çay içənlərə ŞOK XƏBƏRDARLIQ: Qənd əvəzinə yağ və duz...

11 Yanvar 2019 23:19
2 Şərh     Baxış: 5 076
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli professor Canan Karatay sağlamlıq və qidalanma ilə bağlı paylaşdığı fikirlərlə daim gündəmdə qalır. Professor sonuncu açıqlaması ilə yenə də insanları təəccübləndirməyi bacarıb.

Milli.Az xəbər verir ki, bu dəfə C.Karatay yeməkdən sonra çay içənlərə xəbərdarlıq edib.

Gün ərzində dəfələrlə çay içənlərə şəkər asılılığına qarşı diqqətli olmağı tövsiyə edib.

"Tez-tez çay içirsinizsə, onun içərisinə şəkər əvəzinə kərə yağı əlavə edin. Şəkər bədənin müqavimət qabiliyyətini azaldır. Odur ki, şəkər ehtiyacını meyvə qəbulu ilə təmin edin. Meyvə və tərəvəzlərin təbii olmasına diqqət edin. Almanın içərisində qurd varsa, demək o əlavə dərmanlara məruz qalmayıb. Həmin alma daha sağlamdır. Dəmir insan bədəni üçün vacibdir. Yeməkdən dərhal sonra çay içmək bu maddənin bədəndə təsirini azaldır. Ona görə də çay əvəzinə su için".

Qeyd edək ki, C. Karatay bundan əvvəl duzun bədən üçün əhəmiyyətindən danışmışdı. O hət​ta suya belə duz əlavə edilməsini məsləhət görmüşdü. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.