Sağlamlıq

Qadınlardan gələn qoxunu 5 üsulla necə yox etməli... - Hər kəs bu problemlə qarşılaşır

11 Yanvar 2019 21:56
0 Şərh     Baxış: 5 731

Kandidoz əksər qadının ortaq problemi sayıla bilər. Nə qədər xoşagəlməyən mövzu olsa da, o qədər vacibdir. 

Araşdırmalar göstərir ki, hər bir qadın ömründə heç olmazsa bir dəfə vaginal bölgədə infeksiya ilə qarşılaşıb. Özü də göbələk yaşa baxmır. İstənilən yaşda olan qadın bu xəstəliyə yoluxa bilər. 

Milli.Az medicina.az-a istinadən bildirir ki, vaginal kandidoz zamanı orqanizmə düşən göbələk (maya göbələyi) inkişaf etməyərək hər hansı bir xəstəlik törətmədən yaşaya bilər. Lakin, orqanizmin immuniteti aşağı düşdükdə kandida inkişaf edərək dəhşətli simptomlarla özünü büruzə verir. Bu zaman bu göbələk infeksiyası hətta mədə-bağırsaq traktına belə düşə bilər. 

Kandidozun bakterial floranı pozması bir neçə faktorlar səbəbindən baş verir:

Antibiotiklər
Artıq çəki
Kontraseptiv preparatlar
Şəkərli diabet
İİV
Steroid tərkibli dərmanlar
Dar və aşağı keyfiyyətli alt paltarı

Kandidozdan ev şəraitində müalicə olunmaq mümkündür. Həmin üsullardan bəzilərini təqdim edirik:

Rozmarin (ətotu) çayı

Rozmarindən hazırlanan dəmləmə qaşınma və qızartını aradan qaldıracaq. Bunun üçün dəmləmədən gün ərzində 2 stəkan qəbul edilməlidir. 

Çay ağacı bitkisinin efir yağı 

2 damcı çay ağacının efir yağını bir parçaya hopduraraq onu bez kimi 3 saatdan çox olmayaraq istifadə edin. Proseduru gün ərzində 2 dəfə həyata keçirin.

Xəstəliyin əlamətləri 1 həftə ərzində aradan qalxacaq.

Sarımsaq

Sarımsaq ən güclü göbələkəleyhinə vasitələrdən biri hesab olunur. Bu təbii dərman vasitəsini hər yeməyə qatın. 

Bundan əlavə bir neçə diş sarımsağı əzərək onu az miqdarda su ilə qarışdırın. Əmələ gələn qarışımı 20 dəqiqə ərzində problemli nahiyyənin üzərində saxlayın. Daha sonra ilıq su ilə yuyun. 

Alma sirkəsi 

Vannanı isti su ilə dolduraraq ora 2 fincan alma sirkəsi əlavə edin. Həmin suda 20 dəqiqə vanna qəbul edin. 

Aloe vera geli 

Bu bitkinin bir orta ölçülü yarpağından əldə etdiyiniz geli 2 stəkan su ilə qarışdırın. İntim hissələri bu qarışım ilə yuyun. Daha sonra isə isti su ilə tamamilə təmizlənənə qədər yuyunun. 

Qeyd! Hər bir qadın intim sağlamlığı üçün alt paltarsız yatmalıdır. Yaxşı olardı ki, nəm yaranmasın deyə gün boyu pambıq tərkibli alt paltarlarından istifadə olunsun. Çünki göbələk infeksiyası nəm və isti mühiti çox sevir. 

Qeyd edək ki, kandidoz zamanı qadından iy gəlir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.