Sağlamlıq

Psoriazdan 6 addımda azad olun

11 Yanvar 2019 21:38
5 Şərh     Baxış: 6 228

Psoriaz dünyada milyonlarla insanın əziyyət çəkdiyi dəri xəstəliyidir. Əsas əlamətləri dəridə ləkələr, narahatlıq, bəzən isə ağrıdır. 

Bəs bu xəstəlikdən necə xilas olmaq olar? 

Milli.Az medicina.az-a istinadən bu xəstəliyi yüngülləşdirmək üçün bəzi məsləhətlət verir:

Aloe tətbiq edin

Aloe tərkibli kremlər və gellər psoriaz zamanı yaranan qaşınma, qızartı və quruluğu aradan qaldırır. 

•Aloe tərkibli kremi problemli zonaya çəkin.
•Müsbət nəticə əldə etmək üçün kremdən fasilə vermədən uzun müddət istifadə edin. Yaxşı olardı ki, gün ərzində bir neçə dəfə dərinizin psoriazlı bölgələrinə çəkəsiniz. 

Balıq yağı istifadə edin

Balıq yağında olan Omeqa3 yağ turşusu psoriazın əlzmətlərini aradan qaldırır.  

•Balıq yağını qida əlavəsi kimi qəbul edin. 
•Həddi aşmamaq üçün bağlamanın üzərindəki qaydalara ciddi çəkildə riayət etmək tələb olunur. 

Dəriyə zirinc tərkibli vasitələr tətbiq edin

Zirinc tərkibli təbii vasitələri psoriazlı dəri bölgələrinə çəkərək onun kiçilməsinə nail olmaq mümkündür. Tərkibində zirinc ekstraktı olan məlhəmlər və kremləri apteklərdən də əldə etmək olar. 

Hər gün vanna qəbul edin

•Vanna qəbul etmək dərinin təmziliyini və iltihablaşmasını aradan qaldırır. Vanna üçün ilıq su istifadə edin. Qaynar su dərini qıcıqlandıra və və xəstəliyin əlamətini kəskinləşdirə bilər.  
•Vanna qəbul edərkən təbii tərkibli sabundan istifadə edin. Əks halda xəstəliyin əlamətləri arta bilər. 

Günəş vannası qəbul edin

Hər gün dərini günəş şüalarına məruz qoymaq xəstəlik zamanı çox kömək olur. Amma həddən artıq günəş şüası xəstənin vəziyyətini daha da kəskinləşdirə bilər. Yaxşı olardı ki, günəş vannasını səhər tezdən qəbul edəsiniz.

Stresdən uzaq durun

Araşdırmalar göstərib ki, stress psoriazın əlamətlərini kəskinləşdirir. 

•Xəstə yaxşı istirahət etməlidir. 
•Daha çox hərəkətdə olmaq lazımdır. Yaxşı olardı ki, yoqa və meditasiya ilə məşğul olasınız.

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Stressdən başqa · 11 Yanvar 21:5820

    Sadalanan hər şeyi etmək mümkündür (((((

    Cavab yaz
  • Anonim
    El qizi · 11 Yanvar 22:3000

    Bu cox mundar xestelikdi menim yoldawimdada vardi ustune duwmedi ustune duwmeyende vurub qaraciyeri partladir nece ki menim yoldawimi oldurdu

    Cavab yaz
  • Anonim
    Dagli · 12 Yanvar 19:5200

    Bunun mualicesi yoxdur dolamayin milleti.getmiyen kremleride besdirin camaata soxusdurduz.guclu dieta ve gunes vessalam

    Cavab yaz
    • Anonim
      M · 12 Yanvar 22:5500

      Duzdur bu xesdeliy tam muaıice olunmur amma yaraıari saqaıdan cox gozeı bir hekim var .İstanbuı kıinikasinda Doktor Sebine xanim onun sayesinde yoldaşim yaraıari kecdi amma her fesiı muaıice aımaıidir Sebine hekime aııah can saqıiqi versin .

      Cavab yaz
      • Anonim
        O · 14 Yanvar 00:1900

        Salam zehmet olmasa xestexanin deqiq adresini ve hekimin nomresini deye bilersiz? Nece hekim gezmisem hec biri komek ede bilmeyib.

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.