Sağlamlıq

Bu qablar XƏRÇƏNG YARADIR - Alimdən QORXUNC XƏBƏRDARLIQ

11 Yanvar 2019 22:34
0 Şərh     Baxış: 1 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Plastiklər istifadəsi hər gün bir az daha artan və təbiətdə uzun illər məhv olmayan maddələrdir. Zaman-zaman onların zərərləri və istifadəsinin məhdudlaşdırılması gündəmə gəlir. Bəs bu maddələrin təbiətə və insanlara zərəri nədir?

Milli.Az xəbər verir ki, Türkiyəli onkoloq, professor Gökhan Dəmir bu maddələrin hansı xəstəliklərə səbəb olacağı ilə bağlı suallara cavab verib.

Düzdür, bu gün təbiətdə məhv ola bilən polietilen torbalar istehsal edilir. Lakin onların neçə ilə məhv olacağı ilə bağlı sübutlar yoxdur.

Həkim bildirib ki, Bisfenol A maddəsi plastik və epoksi qətranın hazırlanmasında ən çox istifadə edilən kimyəvi maddədir. Həmçinin bu maddə qida ilə təmasda olan plastik qab, yeməklərin qablaşdırılması üçün istifadə edilən qablar, şüşə qabların metal qapaqlarında istifadə edilə bilər. İnsanların bu maddə ilə birbaşa təmasda olması bəzi narahatlıqlara səbəb olur.

Onkoloqun sözlərinə görə, Amerikada araşdırma aparılaraq 6 yaşdan yuxarı 2517 nəfərin sidiyi təhlil edilib.

"Nümunələrin 93 faizinin tərkibində Bisfenol A maddəsi aşkar edilib. Bu maddənin zərəri ilə bağlı illərdir müzakirə edilir, bu məsələdə iki fərqli fikir var. Bəziləri zərərli, ikinci qisim isə o qədər də zərərli olmadığını deyir. Son illər ABŞ, İngiltərə, Kanada, Avropa Birliyi ölkələri və Norveçdə qadağan edilməsinə də diqqət etməliyik.

Bu maddənin hormonal və toksiki təsiri var. Sinir sistemi, hormonlar və çoxalma orqanlarına mənfi təsir edə bilir. Bununla yanaşı bədəndə şəkərin səviyyəsinə, ürək xəstəliklərinə səbəb ola bilir".

Poliproetilen və polietilen kimi kimyəvi maddələr daha çox torbalar və qablaşdırmalarda istifadə edilir. 1950-ci ildən bu vaxta qədər 8.3 milyard ton plastik istehsal edilib. Bu məhsulun 80 faizi təbiətdə toplanıb, hələ də məhv olmayıb.

Həkim bildirib ki, polikarbonat plastiklər təbiətdə məhv olsalar belə, onlar 5mm - dən kiçik olan parçalar şəklində qalırlar.

"Bu maddələrin qidalarımızda və nəfəs aldığımız havada varlığı təsdiq edilib. Ümumiyyətlə, plastik maddə insan bədəninə daxil olubsa, parçalanmaz, həmişə orada qalar. Bu məhsulların hazırlanmasında istifadə edilən kimyəvi maddələr xərçəngə səbəb ola bilir". (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.