Sağlamlıq

Şəkər xəstələri üçün yeni qəhvə gəlir - İnsulini əvəz edə biləcək

11 Yanvar 2019 21:44
0 Şərh     Baxış: 984

İsveç alimləri yeni tədqiqatlarında sübut ediblər ki, kofeinə həssas hüceyrələr qanda şəkərin miqdarını nəzarətdə saxlamağa və azaltmağa səbəb olur. 

Milli.Az medicina.az-a istinadən bildirir ki, alimlər böyrəklərin hüceyrələrini proqramlaşdırmağı bacarıblar. Nəticədə qəhvə içdikdən sonra kofeinin təsirindən insulin hasil edən hüceyrələr əldə olunub. 

Təcrübədə siçanlar üzərində sınaq effekt verib və onların qanında şəkər düşüb. 
Mütəxəssislərin fikrincə, bu metodla gələcəkdə şəkər xəstələrini insulin qəbulundan azad etmək və diabetin müalicəsində alternativ metod kimi tətbiq etmək mümkündür.

Proqnozlara görə, yaxın 10 ildə dünya ciddi insulin preparatı çatışmazlığı ilə üz-üzə qalacaq.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.