Sağlamlıq

Qocalmaq istəmirsinizsə...

13 Yanvar 2019 21:25
6 Şərh     Baxış: 2 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

London kollecinin tədqiqatçıları yeni araşdırmanın nəticələrini açıqlayıblar.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, "Proceedings of the National Academy of Sciences" jurnalında dərc edilən məqaləyə əsasən, uzun ömür və qocalıq prosesinə dostlarla və sevimli qohumlarla tez-tez görüşmək təsir edir.

Alimlər 4 il ərzində müxtəlif yaş dövrünə aid, yəni 50 yaş və daha yuxarı yaşı olan 7304 insanı müşahidə ediblər. Mütəxəssislər müəyyən ediblər ki, həftədə ən azı bir dəfə doğmaları ilə vaxt keçirən, dostları ilə görüşən, idman zalı, muzey, teatra baş çəkənlərin sağlamlığı daha möhkəm olub.

Alimlərin fikrinə əsasən, ahıl yaşda aktiv həyat tərzi sürən insanların bu fəaliyyəti sağlamlıqlarına müsbət təsir edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.