Sağlamlıq

Alimlər: Musiqi insanı sakitləşdirir və...

13 Yanvar 2019 21:50
0 Şərh     Baxış: 1 028

Britaniyalı alimlər müəyyən ediblər ki, digər sahələrdə çalışan insanlarla müqayisədə, musiqi ilə bu və ya digər şəkildə əlaqəli olan kollektivlərdə çalışan insanların 96 faizi özlərini daha xoşbəxt və sakit hiss edir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bununla bağlı məlumatı "Daily Mail" yayıb.

Lester Universitetinin araşdırmaçıları müəyyən ediblər ki, iş yerində musiqiyə qulaq asmaq və nəğmə söyləmək insanların özlərini daha az təcrid olunmuş hiss etməsinə və kollektivdəki gərginliyi azaltmağa kömək edir.  

Alimlər qeyd edirlər ki, müxtəlif musiqi improvizasiyaları ilə məşğul olan əməkdaşların mütəmadi olaraq mükafatlandırılması işin məhsuldarlığının yüksəldilməsinə və kadr itkisinin azalmasına imkan verəcək.

Alimlər qeyd edirlər ki, yüksək sosiallaşma bir çox ofis işçisini psixoloqa müraciət etməkdən xilas etməyə və ağır depressiya formalarının yaranma riskini azaltmağa imkan verir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.