Sağlamlıq

Alimlər xərçəngin tez müəyyən edilməsi üsulunu tapıblar

9 Yanvar 2019 22:06
0 Şərh     Baxış: 1 005

Harvard Tibb Məktəbinin və Bar-İlan adına Universitetin mütəxəssisləri immun sisteminin fəallaşması ilə bağlı mexanizm aşkarlayıblar. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu mexanizm müdafiə hüceyrələrinə xərçəng hüceyrələrini daha səmərəli şəkildə aşkarlamağa və məhv etməyə şərait yaradır.

Alimlər virusabənzər genlərin hüceyrələrdə markalamasını işə salan prosesi ətraflı öyrəniblər. Mütəxəssislər bu mexanizmi sıxdıqları zaman immun sistemi həmin andaca xərçəng hüceyrələri ilə, xüsusilə də ağciyər xərçəngi və melanoma (bədxassəli şişlər) hallarında fəal şəkildə mübarizə aparmağa başlayıb.

Tədqiqatçılar əmindirlər ki, bu kəşf onkologiyanın müalicəsində "inqilab" ola bilər. Daha əvvəl onkoloqlar xərçəngə səbəb olan ərzaqların adını çəkiblər. Buraya, ilk növbədə, şəkərəvəzediciləri, süni boyaq maddələri və aromatizatorlar daxildir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.