Sağlamlıq

Əsl sarıköklə saxtasını necə ayırd etməli? - Kiçik sirr

9 Yanvar 2019 22:16
1 Şərh     Baxış: 6 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq təbabətində ən güclü reseptlərin tərkibində təqdim etdiyimiz sarıkök qədim möcüzəvi vasitədir.

Təəssüf ki, hazırda satışda təmiz sarıkök də çətin tapılır. Çox vaxt bizə sarı karandaş yonulmuşu ilə rənglənmiş unun qarışığını satırlar. Əgər sarıkök keyfiyyətli, təmiz deyilsə onunla müalicə də effekt verməz.

Milli.Az medicina.az-a istinadən yaxşı sarıköklə saxtanı ayırmaq üçün kiçik bir sirri açıqlayır.

Sarıkökü alarkən bir az suda həll edin. Əgər suyun üzərində ağımtıl nəsə yaranırsa, suyun üzü ağla örtülürsə, sarıkök düyünlənirsə, deməli o undur, sarıkök deyil.

Çalışın çəki ilə satılan sarıkök alasız.

Sarıkökün rəngi şux, ətri kəskin olmalıdır. Əlinizdə ovuşdurun, əgər rəng çıxıb, ovucda nəsə ağımtıl sarımtıl qalıq qalırsa, deməli əsk sarıkök deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.