Sağlamlıq

Bütün xəstəliklərin çarəsi - Soda məhlulu - Məşhur professorun resepti

9 Yanvar 2019 22:10
4 Şərh     Baxış: 16 059

Məşhur rusiyalı həkim, sovet dövründə 30 il ərzində kosmonavtların sağlamlığına nəzarət edən professor İvan Neumıvakin qeyri-adi müalicə metodikaları ilə tanınır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, professorun fikrinə görə, xəstəliklərin əksəriyyətinin səbəbi orqanizmin Ph balansının pozulmasıdır. Müasir insanların orqanizminin mühiti turş olur ki, nəticədə bu bir çox xəstəliklərin inkişafına, o cümlədən xərçəngə yol açır.

Professor Neumıvakin sübut edirdi ki, orqanizmin daxili mühitinin qələviləşdirilməsi bizi ən ciddi və təhlükəli xəstəliklərin inkişafından qoruya bilər.

Professor daxili mühiti qələviləşdirmək məqsədi ilə ən sadə və ucuz vasitədən istifadə etməyi tövsiyə edirdi. Bu hər evdə olan adi sodadır.  

Soda necə qəbul olunmalıdır?

Sodanı isti suda (70-80 C) həll etmək lazımdır (soyuq suda olmaz!). Məhlul bir qədər soyuyanda (45-50 C) içilir. Bunu səhər və axşam yeməkdən əvvəl (acqarına) etmək lazımdır.

1/4 ç.q. sodadan başlayın, növbəti gün 1/3, 2-3 gündən sonra 1/2 ç.q., 2-3 gündən sonra 1 ç.q. Hər dəfə orqanizmin reaksiyasına fikir vermək lazımdır. Hər hansı mənfi simptomlar əmələ gəldikdə, qəbulu dayandırmaq və ya dozanı azaltmaq lazımdır.   

Professor soda məhlulunu ömrünün sonuna qədər qəbul etməyi tövsiyə edirdi.

Alimin sözlərinə görə, bu məhlul orqanizmdə olan bütün ziyanlı maddələri xaric edir, oynaq xəstəliklərini müalicə edir, böyrək, sidik kisəsi və qaraciyərindən olan daşları xaric edir, hormonal, həzm sisteminin fəaliyyətini normallaşdırır, damarları xolesterindən təmizləyir.

Ənənəvi tibb professor Neumıvakinin tövsiyələrini və müalicə metodikalarını qəbul etmir. Lakin buna baxmayaraq bu müalicə prinsiplərinin çoxlu tərəfdarları var.

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Oxucu · 10 Yanvar 15:2121

    sodadan için qıcqırın ))))

    Cavab yaz
    • Anonim
      men · 10 Yanvar 18:2300

      Ay qıcqırmış elə medesi qıcqıranlara məsləhət görülür də soda

      Cavab yaz
  • Anonim
    Elmar · 11 Yanvar 05:3100

    Cetini, oyresene kimidir

    Cavab yaz
  • Anonim
    Meymun · 11 Yanvar 13:3100

    Allah kəsin resepti düzgün yazmayan həkimləri

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.