Sağlamlıq

Qışda bel ağrılarının səbəbi və asan çarəsi

13 Yanvar 2019 23:57
0 Şərh     Baxış: 5 994
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qış aylarında bir çox insanlar bel ağırılarından şikayət edirlər. Bu halla tək yaşlı nəsil deyil, cavanlar da qarşılaşır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, ABŞ alimləri araşdırmalar zamanı aşkar ediblər ki, qışda bel ağrılarının əsas səbəbi D vitaminin çatışmazlığıdır.

Bildiyimiz kimi, bu vitamin kalsiumun sümüklərə keçməsini təmin edir. D vitaminin əsas mənbəyi Günəşdir. Bu vitamin gün şüalarının dəriyə olan təsiri nəticəsində orqanizmdə sintez olunur. Soyuq fəsillərdə gün şüalarının az olması D vitaminin çatışmazlığına səbəb olur.

D vitaminin çatışmazlığı zamanı kalsium sümüklərə lazım olan miqdarda keçə bilmir ki, sümüklər yumşalmağa başlayır. Tibdə bu prosess" osteomalyasiya" adlanır. Osteomalyasiya sümük ağrılarına  (xüsusilə də belin aşağı hissəsində) səbəb ola bilər.  

Amerika alimlərinin araşdırması göstərib ki, bel ağrıları ilə qarşılaşan xəstələrin əksəriyyətində qanda D vitamininin göstəricisi normadan aşağı idi. Mütəxəssislər bu insanlara D vitamini təyin ediblər (D3, xolekalsiferol) və nəticədə xəstələrin 95%-ndə bel ağrıları xeyli azalıb.

Təbii ki, D vitamini qəbul etdikdən əvvəl mütləq həkimlə məsləhətləşmək və lazım olan analizləri vermək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.