Sağlamlıq

Saunanın insan orqanizminə faydaları və ziyanı - ALİMLƏR AÇIQLADI

13 Yanvar 2019 21:59
0 Şərh     Baxış: 4 054

Əsasən soyuq havalarda bir çoxumuz saunlara üz tutur, buğxanalarda vaxt keçiririk. Əsasən bunun insan sağlamlığı üçün faydalı olduğuna inanırıq.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, alimlər sauna və buğxananın bəzi insanların sağlamlığı üçün təhlükəli olduğunu araşdırıblar.

1978-ci ildə amerikalı alimlər çətin patoloji sinir sistemi olan uşaq dünyaya gətirən 63 qadın üzərində təcrübə aparıblar. Məlum olub ki, onlardan ikisi hamiləliyin ilk aylarında müntəzəm olaraq saunaya gediblər. Həkimlər ehtimal edirlər ki, hamamdakı istilik və nəmişik dölün inkişafına mənfi təsir edib.

Heyvanlar üzərində aparılan təcrübə bunu sübut edib. Hamilə kəsəyənlərdə bədən tempraturunun kəskin artımı embrionların deformasiyası ilə nəticələnib.

Amma fin fizioloqları bununla razılaşmadılar və statistikanı ortaya qoydular. Hamilə fin qadınların 99 faizi hər həftə saunaya gedib. Yeni doğulanlarda nevrolojo patologiya isə dünya üzrə ən aşağı göstəricidədir.

Bundan başqa finlərin keçirdiyi təcrübədə üçdə ikisi hamilə olan 60 qadın iştirak edib. Təcrübədə iştirak edən qadınları sauna üçün xarakterik olan otaqlara salıblar. Həqiqətən də onların dəriləri orta hesabla beş dərəcəyə qədər isinib. Bədənin rektal tempraturu isə 0.3 və 0.5 dərəcə artıb. Hətta uzun müddət hamamda qaldıqdan sonra isə 38.9 dərəcəyə qədər artmayıb. Alimlər qadın və embrionların qan dövranı və ürək döyüntüsündə heç bir dəyişiklik aşkar etmədikləri üçün sanunanın hamiləliyə ziyan vurmadığı qənaətinə gəliblər.

Amma sauna və hamam kişilərə, daha doğrusu onların reproduktiv bacarıqlarına mənfi təsir edir. İtaliyanın Paduan universitetinin alimlərinin fikrinə əsasən, üç ay ərzində hər həftə iki dəfə buğxanaya girən kişilərdə sperma miqdarı minimum səviyyəyə enir. Hamam prosedurlarından tam imtina etdikdə isə, spermatozoidlərin miqdarı bərpa olur. Amma bunun üçün isə 6 ay vaxt lazımdır.

Yapon mütəxəssislərinin fikrinə əsasən isə, hər həftə hamam və saunadan istifadə etmək insanı infarkt və insultdan qoruyur, dərinin baryer funksiyasını gücləndirir. Bundan başqa buğxanada oturanlar demensiyadan daha az əziyyət çəkir və bir qayda olaraq, ömürləri uzun olur. Bu sonuncu fikri isə Finlandiya universitetinin alimləri bildiriblər.

20 il ərzində 2 mindən çox insanı müşahdiə edən alimlər bildiriblər ki, saunaya müntəzəm getmək orta yaşlı kişilərdə ürək-damar sistemi xəstəlikləri riskini azaldır. Həftədə dörd dəfə hamam və saunaya gedən insanlarda ölüm statistikası min nəfərə üç nəfərdir. Həftədə bir dəfə gedənlərdə isə bu rəqəm min nəfərə 10 nəfərdir.

Bundan başqa sauna həvəskarlarında hipertoniya riski iki dəfə azdır. Buğxanada yüksək tempratur ürək döyüntüsünü artırır və damarları genişləndirir. Bu isə qan dövranını yaxşılaşdırır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.