Sağlamlıq

1 ay spirtli içkidən imtina etmək nələrə səbəb olur? - ALİMLƏR AÇIQLADI

14 Yanvar 2019 06:30
2 Şərh     Baxış: 5 944
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyanın Sasseks universitetinin tədqiqatçıları "Quru yanvar" müsabiqəsinin nəticəsini elan ediblər.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, aksiyada iştirakçılar 1 ay ərzində spirtli içki qəbul etməyiblər. Bu barədə "EurekAlert" portalı məlumat yayıb.

Məlumata əsasən, aksiyada 800 nəfər iştirak edib. "Quru yanvar"dan sonra bir il ərzində alimlər iştirakçıların vəziyyəti ilə maraqlanıb qida vərdişlərində yaranan dəyişikliyi tədqiq ediblər.

Nəticələrə əsasən, spirtli içkidən 1 ay müddətinə imtina etmək orqanizmin tonusunu qaldırır, dərinin vəziyyətini yaxşılaşdırır və spirtli içki qəbulunu növbəti aylarda azaldır.

Bundan başqa spirtli içkidən imtina iştirakçıların 88 faizinə pula qənaət etməyə imkan verib. Bundan başqa, britaniyalılar qeyd ediblər ki, spirtli içkiyə qarşı münasibət dəyişir, yuxu yaxşılaşır, özünənəzarət artır, çəki azalır və diqqət güclənir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.