Sağlamlıq

Artıq çəki xərçəng xəstəliyinin inkişafına səbəb olur

17 Dekabr 2018 21:18
3 Şərh     Baxış: 2 121
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq çəki xərçəng xəstəliyinin inkişafına səbəb olur.

Milli.Az Trend-ə istinadən bildirir ki, alimlərin piylənmə və xərçəng xəstəliyi ilə bağlı 1975-2016-cı illəri əhatə edən araşdırması artıq çəki ilə xərçəngin 13 növünün inkişafı arasında əlaqəni aşkar edib. Məlum olub ki, bədxassəli şişlərin təqribən 4 faizi birbaşa piylənmə ilə bağlıdır.

Bundan başqa qeyd olunur ki, hətta şişlərin uğurla ləğvindən sonra artıq çəki pasiyentin ölüm ehtimalını 11-17 faiz artırır.

Alimlər bununla əlaqədar olaraq BMT, Ümumdünya Səhiyyə Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar səviyyəsində piylənmə ilə mübarizənin vacib olduğunu bildirirlər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.