Sağlamlıq

Sonsuzluğa yol açır - Professordan PROTEİN xəbərdarlığı

17 Dekabr 2018 23:13
1 Şərh     Baxış: 3 314
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Reklam edilən proteinlərin qəbulu insan sağlamlığına mənfi təsir edir". 

Milli.Az xəbər verir ki, bunu Medicina.az-a müsahibəsində Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri,  professor,  Akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun baş elmi işçisi Tofiq Cahingirov bildirib. 

Professor bildirib ki, bir kardioloq kimi belə proteinlərin qəbulunu məsləhət görmür: "Ən gözəl protein, ən gözəl sağlamlıq müəyyən bir çərçivədə, peşəkar, həkim məsləhəti çərçivəsində idmanla məşğul olmaqdır. Yaddan çıxarmaq olmaz ki, müxtəlif tərkibli proteinlər var. Proteinlər nəinki ürək, qan-damar  sisteminə, böyrəklərə, digər orqanlara mənfi təsir edir. Hətta proteinlərin cavanlarda sonsuzluğa yol açmasına dair faktlar var. Bəzən protein qəbulu ilə bağlı düzgün olmayan təbliğat aparılır, guya sağlamlığa təsirinin olmadığı bildirilir. Lakin həyat göstərir ki, insanlar müəyyən dozada proteinə aludə olduqdan sonra onun dozasını artırırlar və bu da ürək, qan-damar sisteminə, digər orqanlara mənfi təsir göstərir. Proteinlərlə bağlı reklamların əvəzinə insanların idmana cəlb edilməsi, sağlamlığa dair roliklərin nümayişi daha yaxşı olar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.