Sağlamlıq

Çipsi kökəldir?

12 Dekabr 2018 23:21
2 Şərh     Baxış: 3 005
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elə düşünürsüzsə ki, çips insanı kökəltmir o zaman yanılırsınız. 

Milli.Az medicina.az-a istinadən bildirir ki, tərkibində çoxlu miqdarda nişasta və yağ olması səbəbindən çipslər çox kalorili ərzaq hesab olunur. 

Belə ki, 100 qr çipsin tərkibində  510 kkal olur ki, bu da bir uşağın gündəlik aldığı kalori normasının yarısına bərabərdir. Qısacası çips piylənməyə səbəb olur. Çipslər çox duzlu olur. Həddən artıq duz isə uşaqların sümüklərinin normal inkişafına mane olur, maddələr mübadiləsini pozaraq, orqanizmin şişməsinə və ürək problemlərinə gətirib çıxarır. Yüksək qan təzyiqi olan insanlara çips yemək qətiyyən olmaz. Əks halda qəfil təzyiq qalxması baş verə bilər ki, bu da çox təhlükəlidir. İş burasındadır ki, düzün tərkib hissəsində olan natrium  özündə eyni vaxtda 400 molekul su saxlaya bilir. Belə olduqda ürək çoxlu miqdarda mayeni damarlara vurduğuna görə işi ağırlaşdığı üçün təzyiq qəfil artır.  

Çipsin tərkibində olan yağlar da sağlamlıq üçün çox təhlükəlidir. Belə ki, onlar xərçəng əmələ gətirən kanserogen tərkibə malikdirlər. Çünki çipsləri faydalı bitki yağında deyil, texniki yağda hazırlayırlar. Bu cür yağlar qanda xolesterinin miqdarının yüksəlməsinə və ateroskleroza, infarkta, insulta səbəb ola bilər.
 
Vitamin və minerallardan isə söhbət gedə bilməz. 

İndi siz anlayırsız ki, məktəb bufetlərində çipslərin satışı niyə qadağandır. Ucuz reklamlara aldanaraq sağlamlığınıza ziyan vurmayın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.