Sağlamlıq

Bu meyvədən nə qədər istəyirsiniz yeyin - KÖKƏLMƏYƏCƏKSİNİZ

12 Dekabr 2018 23:15
6 Şərh     Baxış: 4 134
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Payızda yetişən faydalı meyvələrdən biri də xurmadır. Xurma ağacı çox məhsuldardır və onu qışda torpaq yuxuda ikən əkmək daha yaxşıdır, çünki yaz fəsli gələndə ağac artıq yeni məkanda inkişaf etməyə başlayır. Meyvələri yetişəndə qırmızı və qonur qırmızı rəngdə olur.

Milli.Az medicina.az-a istinadən bildirir ki, xurmanın təxminən 500 növü var və onun vətəni Çin hesab edilir. Ən çox Cənub-Qərbi Asiya, Yunanıstan, İspaniya, Türkiyə, Amerika və Avstraliyada yetişdirilir. XIX əsrin axırlarından etibarən məşhurlaşmağa başlayıb. Azərbaycanda da daha çox cənub bölgəsində, Göyçay, Ağdaş, Zaqatala rayonlarında Şərq xurması növü becərilir. Ondan başqa Qafqaz və Virgen xurması olmaqla daha iki növ yabanı xurmaya da rast gəlinir.

Şərq xurmasının tərkibində 13-16 faiz qlükoza və fruktoza şəkəri, üzvü turşular, yod birləşmələri və digər vitaminlər var. Ümumi zəiflik, qan azlığı, vitamin çatışmazlığı zamanı çox faydalıdır. Ürək-damar xəstəliklərinin müalicəsinə çox müsbət təsir göstərir. Tərkibində olan fosfor beynin tələbatını ödəyir. Mütəxəssislər onun acqarına yeyilməsini məsləhət görmürlər.

Xurmanın özü qədər qabığı və tumları da vitaminlərlə zəngindir. Təcrübə göstərir ki, onun meyvələri nə qədər yeyilsə də, kökəlməyə səbəb olmur. Hətta onun tumlarını qurudaraq üyüdəndən sonra kofe kimi dəmləyib içmək çox faydalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.