Sağlamlıq

Övladınızın tez-tez xəstələnməsinin qarşısını ala bilərsiz - pediatrdan tövsiyə

12 Dekabr 2018 22:11
2 Şərh     Baxış: 1 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çox valideynlər övladlarının tez-tez xəstələnməsindən şikayətlidirlər.

Hava şəraiti, yayılan virusla yanaşı, verilən qidalar da uşaqların immun sisteminin zəifləməsinə, nəticədə isə daha tez-tez xəstələnməsinə səbəb olur.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, həkim Ayşenur Kaya uşaqların sağlamlığı naminə qida seçiminə xüsusi diqqət edilməsinin vacibliyindən danışıb. Onun sözlərinə görə, tərkibi probiotiklərlə zəngin olan qidaların (süd məhsulları, kələm turşusu) qəbulu immun sisteminin daha da möhkəmlənməsinə kömək edir.

Ayşenur Kayanın sözlərinə görə, bağırsaq florası pozulduqda uşaqların səhhəti xəstəliyə daha çox həssas olurlar.

"Valideynlərə övladlarına hazır qidalar verməməyi, bundan başqa böyüklərin də sevərək yediyi müxtəlif ədviyyatlardan ibarət mağaza qidalarından imtina etməyi tövsiyə edirik.

Uşaqların sağlam böyüməsi üçün valideynlər qida menyusu hazırlamalıdır. Bu zaman bəzi qidalar həmin menyudan uzaqlaşdırılaraq yenisi ilə əvəzlənməlidir. Valideynlərə tövsiyə edirəm ki, övladlarına zeytun yağı, soğan, sarımsaq və tərəvəzlə zəngin xörəklər bişirsinlər" - deyə həkim əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.