Sağlamlıq

Xərçənglə bağlı İNANILMAZ KƏŞF

12 Dekabr 2018 21:38
0 Şərh     Baxış: 2 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xərçəng hüceyrələri ilə mübarizə aparmaq üçün sprey gel hazırlanıb.

Milli.Az xəbər verir ki, sprey əməliyyatdan sonra bədənin xərçənglə mübarizə aparmasına kömək edə bilər.

Xərçəng diaqnozu qoyulan insanların əksəriyyəti müalicədən əvvəl əməliyyat edilməli olur. Erkən mərhələdə aşkarlanan süd vəzi xərçəngində 95 faiz hallarda əməliyyat məsləhət görülür. Əməliyyatdan sonra bu xəstələrin xərçənglə mübarizəsi üçün alimlər bus prey geli hazırlayıb. Bu gel xərçəng hüceyrələrinin inkişafı və digər bölgələrə yayılmasının qarşısını ala bilir.Gel laboratoriya şəraitində heyvanlar üzərində test edilib və 50 faiz nəticələr uğurlu olub.

Alimlər melonom xərçəngi olan siçanlar üzərində sprey geli tətbiq ediblər. Gelin əməliyyatdan sonra qalan xərçəng hüceyrələrinin inkişafının qarşısını aldığı müşahidə edilib.

Lakin bu sprey gelin insanlar üzərində tətbiq edilməsi üçün çoxlu testdən keçməsi lazımdır. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.