Sağlamlıq

Alport sindromu və onun fəsadları

10 Dekabr 2018 23:10
0 Şərh     Baxış: 2 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alport sindromu görmə və eşitmə funksiyalarının pozulması ilə birgə müşahidə olunan irsi böyrək xəstəliyidir. Xəstəlik genetik olaraq, yəni autsom ressesiv yolla ötürülür. Sindrom hüceyrənin X xromosomunda IV tip kollagendə baş verən mutasiya ilə bağlı olaraq yaranır.

Milli.Az bildirir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının nefrologiya şöbəsinin həkim-nefroloqu Orxan Quliyev məlumat verib.

Xəstəliyin əlamətləri haqqında danışan O.Quliyev bildirib ki, bunlara sidikdə hematuriya, yəni nəzərəçarpacaq rəng dəyişikliyi, aşağı ətraflarda proteinuriya-şişkinlik, görmə və eşitmə pozuntuları daxildir. Bundan əlavə əsasən kişilərdə problem özünü renal yetməzlik, yəni böyrək çatışmazlığı ilə müşahidə olunan xroniki gedişatla büruzə verir. Xəstəliyin ilkin əlaməti hematuriyadır. Lakin zaman keçdikcə proteinuriya da meydana gəlir.

Həkim qeyd edib ki, Alport sindromuna daha çox 20-30 yaş arası olanlarda rast gəlmək mümkündür və təəssüf ki, bu problemdən əziyyət çəkənlərin 90 faizində təxminən 40 yaşdan etibarən xroniki böyrək çatışmazlığının son mərhələsi müşahidə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.